
Fk
Fermachi komandası
16 noy 2025 · 4 dəq
Hər fermer tətbiqdə gəzib texnika axtarmaq istəmir. Bəzən sadəcə iş var: 12 hektar şumlanmalıdır, gələn həftə. Açıq sorğu bunun üçündür.
Kateqoriyanı seç, yeri göstər (təsərrüfatın və ya xəritədə nöqtə), vaxtı yaz. Sorğun yaxınlıqdakı uyğun texnikası olan təchizatçılara bildiriş kimi gedir.
İşi götürən təchizatçı qiymət təklif edir, sən razılaşırsan, iş görülür. Texnikası uyğun olmayan sorğunu heç görmür: boş zənglər yoxdur.


