
Fk
Fermachi komandası
25 fev 2026 · 4 dəq
Mövsümdə traktor lazım olanda iki yol var: baha alıb ildə üç həftə işlətmək, ya da yaxınlıqda boş dayanan texnikanı icarəyə götürmək. Fermachi ikinci yolu asanlaşdırır.
Tətbiqdə texnikanı seçirsən, təsərrüfatını və vaxtı göstərirsən, sifariş gedir. Qiymət tətbiq daxilində razılaşdırılır: sahib təklif edir, sən qəbul edirsən və ya öz qiymətini yazırsan.
Ödəniş əvvəlcədən tutulur, amma sahibə yalnız hər iki tərəf işi təsdiqləyəndə keçir. Nə nağd pul, nə narazılıq. İş bitmədisə, pul geri qayıdır.


